Ötən ay rekord sayda qida zəhərlənməsi olub
19:50 14.09.2016
Arxiv
510
“İnsanlar şadlıq saraylarında istifadə olunan təhlükəli qidalardan tədricən zəhərlənirlər”
Bu ilin avqust ayı ərzində Azərbaycanda 75 qida zəhərlənməsi hadisəsi baş verib. Bu barədə açıqlama verən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, qida zəhərlənməsi nəticəsində 190 nəfər zərər çəkib.
Avqust ayında qeydə alınan 2 botulizm hadisəsi nəticəsində isə eyni sayda - 2 zəhərlənmə qeydə alınıb. Avqust ayı bu il ərzində baş verən qida zəhərlənmələrindən zərərçəkənlərin sayına görə ən yüksək göstəricilərin qeydə alındığı ay olub. Ötən ay 3 kütləvi zəhərlənmə hadisəsi baş verib, 100-dən çox insan zəhərlənib. Mütəxəssislər isə hər bir zəhərlənmə halının ağırlığından asılı olaraq insan orqanizmində müəyyən iz qoyduğunu da vurğulayırlar. Bəs zəhərlənmə probleminin kökündə daha çox hansı səbəblər dayanır?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə qida zəhərlənmələri ilə bağlı açıqlanan statistikanın formal xarakter daşıdığını deyib.
Onun sözlərinə görə, insanların qidadan zəhərlənib xəstəxanaya düşmələri şərt deyil: "İnsanlar şadlıq saraylarında istifadə olunan təhlükəli qidalardan tədricən zəhərlənirlər. Yalnız şadlıq evləri üçün işləyən sərinləşdirici, spirtli içki sexləri var. Onlar müxtəlif brendləri məhsulun üzərinə yapışdırmaqla təqdim olunur. Yeməklərin hazırlanma yeri ilə zal arasında qeyri-şəffaflıq mövcuddur. Əgər müqavilə bağlanmır, tərəflər məsuliyyət götürmürlərsə, problemlər yaranır”.
AİB sədri hesab edir ki, problemin kökü istehlakçı hüquqlarını qoruyan qanunların, istehlakçı hüquqlarını qoruyan təşkilatların və dövlət orqanlarının zəif fəaliyyətidir: "Bundan başqa, bu sahədə tələbin təklifi üstələməsi də problemlərdən biridir. Bazarda tələb təklifi üstələyəndə, hər zaman keyfiyyətsiz mal və xidmət meydana çıxır. İnsanlar şadlıq saraylarında toy etmək üçün növbəyə dururlar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi iki il öncə şadlıq saraylarının standartını hazırladı. Həmin standartlarda vətəndaşlarla müqavilələrin bağlanması önə çəkildi. Lakin dövlət orqanının xoşməramlı niyyəti həyatda özünə vəsiqə ala bilmir. Çünki tələb təklifi üstələyir. Nə qədər ki, alternativ yaranmayıb, yaxşı təşkil olunmuş çadır toyları yoxdur, vətəndaşlarımız maddi vəziyyətlərindən çox övladlarına, nəvələrinə necə dəbdəbəli toy etmək haqqında düşünürlər, bu problem həllini tapmayacaq. Onlara ödədikləri pul üçün qəbz belə verilmir. Şadlıq saraylarında hər şey müştərilərin toyu tez tərk etməsinə yönəlib”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya