Oxçuçayı çirkləndirən Almaniya şirkətinə ETİRAZ - FOTO
15:05 05.07.2021
Arxiv
442
Diaspor təşkilatları Almaniyanın “Cronimet” şirkətindən Oxçuçaydakı ekoloji cinayəti dayandırmağı tələb edirlər.
Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq Almaniyanın “Cronimet” şirkətinə müraciət ediblər.
İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurası, İsveç Azərbaycanlılarının Koordinasiya Şurası, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurası, “Bizim səs” Azərbaycan-Norveç təşkilatı, Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Qrup”u, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası, Neapol-Bakı Assosiasiyası, Azərbaycan-İtaliya Birliyi, İspaniya Azərbaycanlıları Birliyi və “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Niderland Krallığında fəaliyyət göstərən Avropa Azərbaycanlıları Media Qrupu, Avropa Azərbaycanlıları Konqresi və “Beynəlxalq Azərbaycan Xanımları Klubu” bəyanatlarında səhmlərinin böyük hissəsi Almaniyanın “Cronimet” şirkətinə məxsus olan Ermənistanın mis-molibden kombinatının ilkin təmizləmə işləri aparılmadan istehsalat tullantılarını birbaşa çaya buraxdığına və ekoloji standartlara riayət etmədiyinə diqqət cəlb edilib.
Monitorinqlər zamanı Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən Oxçuçayda mis, molibden, manqan, dəmir, sink, xrom kimi ağır metalların miqdarının çox yüksək olduğu aşkar edilib.
Bu çayın töküldüyü Araz çayının Azərbaycanda əkin sahələrinin suvarılması üçün su ehtiyatlarında həlledici rol oynadığı və Ermənistanın dövlət agentliklərinin də sözügedən ekoloji cinayəti etiraf etdikləri nəzərə çatdırılıb.
Azərbaycan diaspor təşkilatları “Cronimet” şirkətini ekoloji cinayətə göz yummamağa, Oxçuçaydakı dəhşətli fəlakətin qarşısının alınması və ətraf mühitin qorunması üçün tədbirlər görməyə çağırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq