Öz dilini bilməmək heç bir azərbaycanlıya başucalığı gətirməz
13:45 03.11.2018
Arxiv
731
Jalə Əliyeva: "Görünür müəyyən boşluqlar var ki, Prezident fərman imzalayaraq bu sahəyə diqqəti artırdı"
Prezident İlham Əliyev noyabrın 1-də Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayıb bir ay müddətində təsdiq edilməsi, Monitorinq Mərkəzinin nizamnaməsinin, strukturunun, işçilərinin say həddini və əməkhaqqı fondunun Prezidentlə razılaşdırmaqla iki ay müddətində təsdiq edilməsi tapşırılıb.
Bəs, belə bir qərarın verilməsinin əhəmiyyəti nədən ibarətdir?
Milli Məslisin üzvü, filologiya elmlәri doktoru, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva Prezidentin imzaladığı bu fərmanın böyük əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, Azərbaycan dilinin saflığının qorunması və gələcək nəsillərə saf bir şəkildə ötürülməsi baxımından mühüm addımdır:
"Bu, əlbəttə ki, cənab Prezidentin bu sahə ilə bağlı imzaladığı ilk sənəd deyil. Davamlı olaraq Azərbaycan dilinin qorunması, yaşadılması üçün dövlət səviyyəsində çox əhəmiyyətli addımlar atılır. Latın qrafikası ilə dünya və Azərbaycan ədəbiyyatının yenidən çap edilərək yetişən nəsillərə tanıdılması baxımından görülən işləri, ədəbiyyatımızın, dilimizin dünyada bərqərar olması və öz yerini tutması istiqamətində həyata keçirilən tədbirləri vurğulamaq istərdim.
Bir neçə gün əvvəl böyük şairimiz, nakam Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması üçün xüsusi bir komissiyanın təsis edilməsi barədə Prezidentin göstəriş verməsi və digər addımlar, əlbəttə ki, Azərbaycan mədəniyyətinə, tarixinə göstərilən böyük bir diqqət, qayğı, həssaslıqdır və biz buna görə dövlət başçısına minnətdarıq”.
Millət vəkili yeni fərmanın Azərbaycan dilinin saflığının qorunması və möhkəmləndirilməsindəki rolundan da danışıb:
"Xarici dil bilmək heç vaxt qəbahət sayılmayıb, tam əksinə, çox gözəldir. Böyük şairimiz Seyid Əzim Şirvaninin dediyi kimi, "bilməsək dil, əlacımız yoxdur”. Yəni bütün bunlar çox əhəmiyyətli nüanslardır. Amma əlbəttə ki, xarici dili mənimsəmək, öyrənmək heç də o demək deyil ki, öz dilini ikinci plana salasan və yaxud da heç bilməyəsən.
Bu, düşünürəm ki, heç bir azərbaycanlıya başucalığı gətirən amil deyil. Bununla bağlı dövlətin xüsusi bir siyasəti var. Azərbaycanın dövlət dili Azərbaycan dilidir.
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişinin elə ilk illərində bütün dövlət idarə və müəssisələrinin sırf Azərbaycan dilində işləməsi üçün xüsusi bir tarixi sərəncam verdi. Ondan sonra yetişən böyük bir nəsil, böyük bir kadr potensialı var. Bu gün dilimizi dərindən bilən, dilimizə qayğı və hörmətlə yanaşan məmur nəsli yetişir, onların içərisində hətta xaricdə təhsil alan, Avropa dillərini öz dili səviyyəsində bilən insanlar da az deyil.
Bu da əlbəttə ki, alqışlanası bir haldır. Lakin bununla bərabər, əgər dövlət səviyyəsində bu məsələ ilə bağlı bir işıq tutulursa, cənab Prezident dövlət dilinin inkişafı ilə bağlı fərman verirsə, bu o deməkdir ki, artıq hələ də həyəcan təbili çalınası məqamlarımız var. Görünür müəyyən boşluqlar var ki, Prezident də fərman imzalayaraq bu sahəni öz nəzarəti altına götürür. Digər sahələrdə olduğu kimi bu sahənin də ilk növbədə Azərbaycanda qorunması və daha sonra inkişaf etdirilməsi baxımından addımlar atılması üçün cənab Prezident qarşıya tapşırıqlar, vəzifələr qoyub. Düşünürəm ki, bu da olduqca əhəmiyyətli bir məqamdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət