Özəl pensiya fondlarının yaradılması vacibdir
08:59 20.02.2019
Arxiv
791
Bu, ödəniş imkanı olan vətəndaşlarımıza mülkiyyət baxımından seçim hüququ verəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özəl pensiya sistemlərinin yaradılması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyətin olmadığını deyib. Onun sözlərinə görə, istənilən şəxs özəl pensiya sistemi yarada bilər.
Nazir bildirib ki, özəl pensiya sisteminin yaranması üçün onun kommersiya və mənfəətlik tərəfi olmalıdır: "Bu, birbaşa məşğulluq bazarına, əhalinin gəlirlərinə, əməkhaqlarına, onların üzərində aparılan araşdırmalara bağlıdır. Bu gün Azərbaycanda həyat sığortası fəaliyyət göstərir. Bu, özəl pensiya sisteminin ilk pilləsidir. Onların inkişafının müəyyən mərhələsində özəl pensiya fondlarına çevrilməsi də gözləntilərdən biri ola bilər”.
Özəl pensiya fondlarının yaradılmasının olduqca vacib olduğunu deyən iqtisadçı-alim Vüqar Bayramov "Şərq”ə bildirib ki, vətəndaşların gəlir əldə etməsi baxımından özəl fondların yaradılmasına ehtiyac var:
"Düşünürəm ki, özəl pensiya fondlarının yaradılması əsas məsələlərdən biridir. Amma özəl fondlarla bağlı bir sıra problemlər ola bilər. Bu fondlarda vəsaitin ödənilməsi mexanizmi çətindir. Nəzərə alsaq ki, özəl pensiya fondlarına ödənişlər manatla olacaq. Bu baxımdan da fonda olan inamın formalaşması əsasdır. Həmçinin yeni fondun dövlət tərəfindən dəstəklənməsi də olduqca vacibdir. Çünki insanlar əmin olmalıdır ki, həmin vəsait gələcəkdə onlara qaytarılacaq. Eləcə də həmin vəsaitin valyuta riskinin sığortalanması lazımdır. Bu baxımdan özəl pensiya fondunun yaradılması, xüsusən də ödəniş imkanı olan vətəndaşlarımıza mülkiyyət baxımından seçim hüququ verəcək. Ona görə də maddi durumları nisbətən yaxşı olan vətəndaşlarımız özəl pensiya fonduna ödəniş etmək imkanı qazana bilərlər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya