Özünü binanın damından asdı, yellənən cəsədi səhər gördülər

İntihar edən gənc səhərə qədər asılı qalıb. Binanın damından yellənən cəsədi səhər saatlarında yoldan keçən vətəndaşlar görüb.
Antaliyanın Alanya qəsəbəsində 32 yaşlı adam, özünü 2 mərtəbəli  binanın dam qatına asaraq intihar etdi. Səhərə qədər damdan sallanan cəsədi vətəndaşlar fərq edib, polisə xəbər verib.
Saatlarla asılı qalan cəsədi xilasetmə qrupları nərdivanın köməyiylə endirdi. Əldə edilən məlumata görə, özünü evin damından asaraq intihar etdiyi iddia edilən 32 yaşlı Mustafa Baykalın cəsədini səhər saat 05.30 radələrində yoldan keçənlər fərq edib. 
 Mustafa Baykalın cəsədi Antaliya Böyükşəhər Bələdiyyəsi Alanya qəbiristanlığı meyitxanasına aparılıb, polis hadisə ilə əlaqədar istintaqa başlayıb.