Parkda dəhşət: 14 yaşlı qız itin qorxusundan öldü

Türkiyənin Mersin şəhərində Ərdəmli qəsəbəsində, parkda yoldaşlarıyla gəzdiyi zaman küçə itlərinin ona hürməsiylə qorxan və qaçmaq istəyərkən yerə yıxıldığı iddia edilən Buşra Şeker, (14) daxili qanaxma səbəbiylə həyatını itirdi.
İddiaya görə, Şeker və yanındakı 4 qız yoldaşı, Ərdəmli parkında küçə itləri, yanlarına gələrək hürməyə başladı. İtlərin ona hücum edəcəyini düşünən Şeker və yoldaşları, qaçmağa başladı. Bu zaman Şekerin, ayağı səkiyə ilişərək yıxıldı. Şekerin yanında olan yoldaşları, atası Mustafa Şekeri axtararaq Buşranın yıxıldığını, ağızından və qulağından qan gəldiyini söylədi. Hadisə yerinə gələn ata Şeker, yerdə qanlar içində yatan qızını, dövlət xəstəxanasına çatdırdı. Daxili qanaxma keçirdiyi təsbit edilən Şeker, müdaxilələrə baxmayaraq həyatını itirdi.