Parlamentin iki komitəsinə yeni üzvlər seçildi





Milli Məclisinin bugünkü iclasında Gənclər və idman komitəsinə və Mədəniyyət komitəsinə yeni üzvlər seçilib. 

Sherg.az bildirir ki, deputat Azər Badamov və Eldəniz Səlimov Milli Məclisin Gənclər və idman komitəsinə, Hüseynbala Mirələmov isə Mədəniyyət komitəsinə üzv seçilib.