“Paşinyan hakimiyyətinin gərgin vəziyyətlə üzləşməsi qaçılmazdır” – İZAH
12:06 22.02.2019
Arxiv
406
"Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın Kremllə münasibətlərində çatların ortaya çıxması, müəyyən ziddiyyətlərin yaranması inkaredilməz reallıqdır”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Analitik bildirib ki, bu ziddiyyətlərin ortaya çıxmasında "Qarabağ klanı”nın və ona qarşı atılan addımların elə bir ciddi təsiri yoxdur. Çünki Rusiyanı vaxtilə hakimiyyətdə olmuş və Kremlə sədaqətlə xidmət etmiş "Qarabağ klanı"nın sonrakı taleyi qətiyyən maraqlandırmır:
"Əslində, Paşinyan hakimiyyətinin "Qarabağ klanı”na hücumu da qətiyyən Rusiya faktoru ilə bağlı deyil. Yəni qısacası "Qarabağ klanı” Rusiyanın deyil, məhz Ermənistanın daxili siyasi problemidir.
Məsələ ondadır ki, "Qarabağ klanı” uzun illər Ermənistanda şəriksiz hökmranlıq etməklə yanaşı, bu düşmən ölkənin bütün maliyyə-iqtisadi resurslarını öz əlində cəmləşdirib.
Ona görə də, Ermənistan əhalisi üzləşdiyi bütün sosial-iqtisadi problemlərin əsas səbəbkarı kimi məhz "Qarabağ klanı”nı hədəfə alır. Və müəyyən mənada, bu məsələdə haqlı görünür. Belə bir sosial-siyasi situasiya Ermənistanda "Qarabağ klanı”na qarşı dərin nifrət yaradıb.
Ermənistanda "Qarabağ klanı” həm də azlığın çoxluq üzərindəki ədalətsiz hökmranlığı kimi qəbul edilir. Bu səbəbdən də, "Qarabağ klanı” üzləşdiyi amansız hücumların qarşılığında demək olar ki, müdafiəsiz və çarəsiz duruma düşüb”.
Politoloqun fikrincə, bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin "Qarabağ klanı”na qarşı hücumları Rusiya əleyhinə yönəlmiş addımlar kimi görünmür:
"Sadəcə, baş nazir Nikol Paşinyan və onun tərəfdarları çox gözəl anlayırlar ki, "Qarabağ klanı”nı tam sıradan çıxartmadan, bu siyasi qruplaşmanı onun əlində cəmləşən maliyyə-iqtisadi resurslardan məhrum etmədən Ermənistanda uzun müddət hakimiyyətdə qala bilməyəcəklər. Çünki Rusiya bu klandan öz maraqları çərçivəsində Paşinyan hakimiyyətinə qarşı istifadə edəcək. Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyana Ermənistanda siyasi məhbusların olduğunu deyərək, Robert Köçəryanı bu kateqoriyaya aid etdiklərini söyləməsi də belə bir istifadə cəhdinin ilkin əlamətlərindən biridir.
Kreml bununla Paşinyana demək istəyir ki, "ağıllı ol, yoxsa Köçəryanı və tərəfdarlarını dəstəkləyib, sizi yenidən əvəzləyərik”. İndiki situasiyada Paşinyan hakimiyyətinin Rusiya qarşısında elə bir ciddi müdafiə variantı mövcud deyil. Paşinyan hakimiyyətinin xalqın üzərindən quracağı hər hansı "şou” da Kremlin maraqlarının və tələblərinin məzmununa elə bir ciddi təsir etməz. Bunu elə Paşinyanın özü də çox gözəl anlayır.
Situasiyaya ümumi baxdıqda, əslində Paşinyan Rusiyanın maraqlarına elə bir ciddi zidd addımlar da atmır. Sadəcə, problem ondadır ki, Paşinyan Rusiyanın təlimatlarını, tələblərini yerinə yetirməkdə ciddi şəkildə çətinlik çəkir. Bu isə Kremli qəzəbləndirir. Çünki Kreml R.Köçəryanın və S.Sarkisyanın hakimiyyətləri dönəmlərində Ermənistanın Rusiyadan gələn bütün təlimatların canla-başla yerinə yetirilməsinə vərdiş edib. Hətta o dönəmlərdə Kreml Ermənistanı özünün qeyri-rəsmi quberniyası kimi idarə etməyə alışıb”.
E.Xalidbəyli bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsində Rusiya deyil, Qərbdəki bəzi siyasi dairələrin rolu daha çox olduğundan Ermənistan indi nisbətən fərqli mövqedən çıxış etmək məcburiyyətində qalıb:
"Bu situasiya Paşinyan hakimiyyətini də müəyyən mənada, pat vəziyyətinə salıb. Yəni Kremllə kəllə-kəlləyə gəlmək Paşinyan hakimiyyəti üçün çox təhlükəlidir. Eyni zamanda, Paşinyan hakimiyyətinin Qərb siyasi dairələri qarşısında götürdüyü öhdəliyə zidd davranması da Ermənistan üçün fəlakət vəd edir. Ona görə Paşinyan hakimiyyəti hansı tərəfə fırlansa da mütləq gərgin situasiya ilə üzləşməsi qaçılmazdır.
Bu baxımdan, Ermənistan hazırda eyni vaxtda ikitərəfli basqıların altında çapalayır. Bu qarışıq situasiya iki güc mərkəzi arasında balans siyasəti yürütmək şansı olmayan Ermənistan üçün yaxın gələcəkdə daha ağır nəticələr verə bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi