" Fikrimcə, Paşinyan Saakyanı uzaqlaşdıracaq və oradakı erməni icmasına Paşinyanı dəstəkləyən başçı təyin olunacaq. Sonra saxta "seçkilər” keçiriləcək"
"Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyası siyasi səhnədən silinmək təhlükəsini yaşayır”
Bunu "Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Ekspert bildirib ki, Nikol Paşinyanın başçılığı altında reallaşan hakimiyət dəyişikliyi nəticəsində Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsindən olanlar vəzifədən uzaqlaşdırılıb. Robert Koçaryana qarşı cinayət işi başlayıb, Serj Sarqsyan isə vəzfədən uzaqlaşdırlıb:
"Seperatçı rejimin başçısı Bako Saakyan da Sarqsyan-Koçaryan cütlüyünün təmsilçisidir. Hazırda Ermənistanda onların dəstəsi dağılır. Məntiqi ardıcıllıqla Paşinyan Qarabağdakı separatçıların başçısını dəyişməlidir. Paşinyan-Saakyan qarşıdurması da bununla bağlıdır. Fikrimcə, Paşinyan Saakyanı uzaqlaşdıracaq və oradakı erməni icmasına Paşinyanı dəstəkləyən başçı təyin olunacaq. Sonra saxta "seçkilər” keçiriləcək. Bu, həm də Rusiyanın məsələyə münasibətindən asılıdır. Çünki Koçaryanı, Sarqsyanı və Saakyanı Moskva yetişdirib, Qarabağa yerləşdirib. Onlar da özlərinə uyğun separatçı başçı təyin ediblər. Robert Koçaryanın prezidentliyi dövründə Arkadi Qukasyan separatçılara başçılıq edib. Sarqsyan gələndən sonra öz adamını - Bako Saakyanı təyin edib. İndi də Nikol Paşinyan özünə yaxın şəxsi yerləşdirəcək. İrəvanda məlum hadisələr başlayanda Qarabağda da ermənilər aksiya keçirirdilər”.

Politoloq bildirib ki, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki Ermənistan ordusunun hərbçiləri Nikol Paşinyanın "Mənim addımım” blokuna səs verməyə məcbur ediləcək:
"Məlumatalara əsasən, Azərbaycanın işğal altındakı torpaqlarda yerləşdirilən erməni əsgərlər Ermənistandakı valideynlərinə zəng edərək dekabrın 9-da Gorus və Qafana səs verməyə aparılacaqlarını deyiblər. Onlar valideynlərinə həmin tarixdə bu şəhərlərdə görüş imkanı yaradılacağını söyləyiblər. Hərbçilərin valideynlərinin sözlərinə görə, bunu Nikol Paşinyan təşkil edir. Qafan və Gorusda valideynləri ilə görüşmək üçün əsgərlərin "Mənim addımım” blokuna səs verməsi əsas şərtdir. Nikol Paşinyanın blokuna səs vermək Ermənistan ordusu hərbçi və əsgərlərinin qarşısında tələb olaraq qoyulub”.
İsmayıl