Paşinyan tərəfdarlarına "dur" dedi - DANIŞIQLAR BAŞLAYIR




İrəvanda müxalifətin mitinqi başa çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, mitinqdə çıxış edən müxalifət lideri Nikol Paşinyan ölkənin baş naziri postunu tutmağa hazır olduğunu bildirib və əlavə edib ki, aprelin 30-da məsələni parlament fraksiyalarının nümayəndələri ilə müzakirə edəcək.
N.Paşinyan tərəfdarlarını aprelin 30-da gün ərzində etiraz aksiyaları keçirməməyə çağırıb və sabahkı mitinqdə siyasi qüvvələrlə danışıqların nəticələrini təqdim edəcəyini bildirib.