Paşinyan yoxsul ölkənin dərdinə çarə tapa bilməyəcək
09:37 30.03.2019
Arxiv
512
İqtisadiyyatının 80 faizi Rusiyanın əlində cəmləşən Ermənistan müstəqil iqtisadi siyasət yürüdə bilməz
Ermənistanın yeni hökumətinin ölkədəki iqtisadi böhranın aradan qalxacağına dair vədləri özünü doğrultmadı. İlk başlarda erməni əhalisi baş nazir Nikol Paşinyanın bu şirin yalanlarına inansalar da, acınacaqlı vəziyyətdə yaşayan erməni xalqının gözləntisi tez zamanda puç oldu.
Yavaş-yavaş reallığı dərk etməyə başlayan erməni millət vəkilləri belə vəziyyətin həddən artıq çətin olduğunu etiraf etməyə başlayıblar.
Əslində düşmən ölkədə ağlı başında olan hər kəs Ermənistanın düşdüyü ağır durumu etiraf edir və hökumətə çıxış yollarını göstərir.
Halbuki indiki məqamda Ermənistanın dərin iqtisadi böhrandan çıxmaq üçün heç bir şansı yoxdur. Ermənistan qonşu ölkələrlə normal əlaqə qurarsa və iqtisadiyyatını özününküləşdirə bilərsə, erməni xalqı firavan yaşayar.
Ermənistan parlamentinin deputatı Mikael Melkumyan qanunverici orqanda çıxışı zamanı Ermənistanın işsizlik səviyyəsinə görə regionda lider olduğunu deyib.
O, "Ermənistan Respublikası hökumətinin proqramının yerinə yetirilməsi vəziyyəti haqqında” hesabatın müzakirəsi zamanı diqqətə çatdırıb ki, "məxməri inqilab”dan bir il sonra ölkədə hansı dəyişikliklərin baş verməsinə diqqət yetirmək lazımdır: "Regionda ən yüksək 18 faizlik işsizlik səviyyəsi Ermənistandadır, halbuki, Gürcüstanda bu göstərici 12,7 faiz, Azərbaycanda 5 faiz, Türkiyədə 13,5 faiz, Rusiyada 4,9 faiz, Qazaxıstanda 4,8 faiz, Moldovada isə 2,9 faizdir”.
Deputat Ermənistanın yoxsulluq səviyyəsinə görə də regionda ilk yeri tutduğunu diqqətə çatdırıb. "Yoxsulluğun yüksək səviyyəsinə görə Ermənistan 29,4 faizlə regionun lideridir.
Politoloq Vasif Əfəndi isə hesab edir ki, Ermənistan düşmən ölkədir deyə reallıq hissini itirmək olmaz və həqiqəti demək lazımdır. Onun sözlərinə görə, Ermənistanda son parlament seçkilərinə qədər tamamilə antidemokratik tayfa və klan hakimiyyəti mövcud olub:
"Qarabağ klanı” hakimyyəti Levon Ter Petrosyandan aldıqdan sonra ölkədə korrupsiyalaşmış tayfa hakimiyyət yaratdı. 20 il davam edən klan hakimiyyəti Ermənistanı dərin krizisə soxdu. Adətən tayfa hakimiyyətlərinin bərpası çox ağrılı keçir və dağılmış infrasturkturu bərpa etmək olmur.
Nəzərə alsaq ki, sovet rejimindən çıxmış Ermənistanın müstəqil dövlət olaraq oturuşmuş idarəetmə və iqtisadi sistemi mövcud deyil, o zaman çox qısa zaman kəsiyində indiyə qədər yığılmış problemlərin həlli də mümkün görünmür. Müstəqilliyin ilk illərindən Rusiyanın tam təsir dairəsinə düşən Ermənistan hələ də idarəetmə sistemini qura bilmir. Paşinyan isə hakimiyyətə gəldikdən sonra sıfırdan başlamağa qərar verdi. Əslində başqa seçim də yox idi. Bunun üçün isə ilk növbədə Ermənistan Rusiya asılılığından qurtularaq qonşu ölkələrlə isti münasibət qurmağa cəhd etməlidir. Paşinyanın davranışlarında bu hiss edilsə də, Rusiyanın təzyiqi hər zaman onun üzərindədir.
Ona görə də Paşinyan Dağlıq Qarabağ probleminin çözülməsində müstəqil qərar verə bilmir. İqtisadiyyatının 80 faizi Rusiyanın əlində cəmləşən Ermənistan müstəqil iqtisadi siyasət yürüdə bilməz. Ona görə də indiki şərtlər daxilində Paşinyanın işsizliyi aradan qaldırmaq cəhdləri lokal xarakter daşıyacaq və yalnız müəyyən sahələrdə buna nail ola bilər. Qlobal olaraq ciddi iqtisadi islahatların aparılmasına inanmıram. Paşinyan isə sadəcə ölkədəki stabilliyi qoruyub saxlaya biləcək”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bazara “Xırçıldayan ləzzət” gəlir
17:03 20.05.2026
İqtisadiyyat
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual