"Paşinyanın qeyri-müəyyən siyasəti KTMT üzvlərinin mövqelərinə zərbə vurur"





"KTMT-da təmsil olunan dövlətlərin öz maraqları Ermənistanın əsassız iddialarından daha önəmlidir”

Bunu "Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ekspert bildirib ki, İrəvanın, daha doğrusu Nikol Paşinyanın apardığı qeyri-müəyyən siyasət təşkilat üzvlərinin maraqlarına cavab vermir. Hətta həmin ölkələrin mövqelərinə zərbə vurur: 

"KTMT üzvləri anlayırlar ki, Ermənistanın önə çıxmasına icazə versələr, daha ciddi problemlər yaşaya bilərlər. Məlumdur ki, Ermənistan tərəfi uzun müddət təmsil olunduğu qurumu Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə cəhd göstərirdi. Lakin Rusiya və Qazaxıstan İrəvana başa salırdı ki, qurumun münaqişəyə müdaxilə etmək səlahiyyəti yoxdur. Təşkilata üzv olan dövlətlərin heç biri də bunu istəmir. Amma Ermənistan tərəfi müxtəlif provakasiyalara əl atırdı ki, həmin ölkələrlə rəsmi Bakının münasibətlərini korlasın. Lakin düşmənin niyyəti puça çıxdı və tərəfdaş hesab etdiyi ölkələr ümumiyyətlə bu məsələyə son qoymaq qərarına gəldilər. Ona görə də Ermənistanın yenidən quruma rəhbərlik etməsinə imkan vermədilər”.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşdə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə namizədliyini dəstəklədiyini açıqlayıb. Bununla da Ermənistanın təşkilata yenidən sədrlik etmək iddiası öz əhəmiyyətini itirib.

İsmayıl