Paşinyanın son mitinqi - Ermənistan baş naziri ciddi struktur və resurs itkilərinə məruz qalıb
08:56 25.08.2018
Arxiv
775
"Nikol Paşinyanın hakimiyyətə gəlməsinin 100 günlüyünə həsr olunmuş mitinqi elə də uzun müddət tədqiqat obyekti olmayacaq".
Sherg.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mitinqlə bağlı deyib.
Politoloq bildirir ki, mitin iştirakçıların sayında azalma var idi: "Paşinyanın aprel-may ayında keçirdiyi mitinqlərdə 160 min nəfərin iştirakı ilə bağlı məlumatlar var. Bu mitinqdə ən yaxşı halda 50-60 min Ermənistan vətəndaşının iştirakını demək olar.
Mitinqdə ən azı 2 struktur iştirak etmədi. Bunlardan biri Nikol Paşinyanın "Çıxış” blokundan olan yoldaşları idi. 100 günlüyə aid mitinqdən bir gün qabaq "İşıqlı Ermənistan” və "Respublika” partiyasının Yerevan şəhər merliyinə ayrıca namizəd irəli sürəcəyi ilə bağlı qərarı kifayət qədər ciddi tutumlu siyasi mesajdır. 100 günlük mitinq Nikol Paşinyanı siyasətdə irəlilədən, hakimiyyətə gətirib çıxaran "Çıxış” blokunun parçalanması ilə xarakterizə olundu.
"Çıxış” blokunun üzvü olan deputatlar hətta mitinqdə iştirak etmədilər. Mitinqdən sonra N.Paşinyanın səsləndirdiyi fikirlərin müzakirəsində də iştirak etmədilər. Bu "Çıxış” blokunun Nikol Paşinyanın təkcə siyasi fəaliyyətinə deyil, həm də şəxsiyyətinə verdiyi qiymətdir. O baxımdan struktur və yaxud resurs itkisi dedikdə ilk olaraq bu nəzərdə tutulur.
Koalisiya ortaqları olan "Çiçəklənən Ermənistan” və Daşnaksutyun partiyaları da N.Paşinyana dəstək vermədilər.
Erməni diasporundan 100 günlük mitinq ərəfəsində, mitinq zamanı və mitinqdən sonra heç kəs N.Paşinyanın son addımlarına, o cümlədən mitinqinə dəstək vermədi. A.Xoсoyan, S.Tankyan və digər diaspor təmsilçiləri mitinqlərin ilk günündən N.Paşinyana dəstək verirdilər. Hətta N.Paşinyan S.Tankyanı Yerevanda yaşamağa dəvət etmişdi. Həmin Tankyan adicə fb səhifəsində də mitinq barədə heç bir şey yerləşdirmədi. N.Paşinyana olan hücumların qarşısında dayanmadı və yaxud bununla əlaqəli hər hansı fikir bildirmədi. Eyni fikirləri A.Xoсoyan və onun əri Atom Eqoyan barəsində də demək mümkündür. Bu daha təsirli struktur və resurs itkisidir.
100 günlük mitinq ərəfəsində ABŞ dövləti tərəfindən şəxsi İnvestisiyaların Maliyyələşməsi Təşviqi Agentliyinin rəhbərinin müavini milliyyətcə erməni, diaspor təmsilçisi D. Boxiqyan Yerevanda oldu. Məqsədi Ermənistana ABŞ investisiyalarını cəlb etmək idi. Verdiyi müsahibədən bəlli oldu ki, Boxiqyan da gələcəyə hesablanıb. Bəlkə də Boxiqyanı bu addıma təhrik edən səbəblərdən biri N.Paşinyanın onu qəbul etməməsidir.
N.Paşinyanın narsizmi, özünə vurğunluğu diaspor tərəfindən adekvat qiymət alır.
100 gün ərzində Nikol Paşinyan belə itkilərlə üzləşməsi onun gələcəkdə daha böyük itkilərə məruz qalacağının göstəricisidir. İtkilərin növbəti hədəfi Ermənistan respublikasına mənsub olan 29 min 700 km2 ərazi olacaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq