Piyada hərəkətinin təşkilinə toxunan F.Eyyubov bildirib ki, hazırda Bakı yollarında piyadaların pərakəndə hərəkəti ən ciddi problemlərdəndir:
Paytaxtda yol hərəkətinin təşkili zamanı hansı amillərə diqqət edilməli ? - EKSPERT SADALADI
16:48 19.07.2018
Arxiv
787
"Yol hərəkətinin təşkilindəki mövcud ciddi problemləri aradan qaldırmaq, daha sonra yol hərəkətinin təşkilini yenidən qurmaq lazımdır”.
Bu barədə "Sherg.az”a yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov bildirib. O qeyd edib ki, hazırda Bakı şəhərində çoxlu tıxac əmələ gəlir, parklanma yerləri pərakəndə formadadır:
"Bu həm avtomobillərin hərəkətinə təsir göstərir, həm də saxlanma qaydalarının pozulmasına gətirib çıxarır. Hər yol ayırıcından sonra parklanma yerləri quraşdırılmalıdır. Əvvəl olduqda, avtomobillər dönəndə, avtobuslar hərəkətə başlayarsa, təhlükə yaranır. Avtobus dayanacaqlarında xüsusi metodlar tətbiq etmək lazımdır ki, avtobuslar daxil olduqda, hərəkətə keçdikdə digər avtomobillərin hərəkətinə mane olmasın.
İşıqforlar hərəkət sıxlığına uyğun nizamlanmalıdır. Bu sahədə gələcəkdə müəyyən standartların hazırlanması, işıqforların, nişanların, nəqliyyatı texniki nizamlama vasitələrinin qurulması təşkil edilməlidir. Bakı şəhəri küləkli şəhər olduğuna görə, digər ölkələrdəki kimi yalnız dirəklər üzərində işıqforların yerləşdirilməsi mümkün deyil. Çünki külək gücləndikdə, dirəklər yıxıla bilir. Paytaxtın yaşıllaşdırma prosesi isə elə qurulub ki, bəzi yerlərdə işıqforlar, nişanlar ağacların budaqlarından görünmür”.
Piyada hərəkətinin təşkilinə toxunan F.Eyyubov bildirib ki, hazırda Bakı yollarında piyadaların pərakəndə hərəkəti ən ciddi problemlərdəndir:"Piyadaların hansı hissələrdə necə hərəkət etdiyi tam öyrənilməli, buna uyğun yeraltı, yerüstü keçidlər tikilməlidir. Nizamlanan yerüstü keçidlər yol hərəkətinin təşkilində nəzərdə tutulmalıdır. Bakı Nəqliyyat Agentliyi (BNA) bu tip problemləri elmi əsaslarla öyrənib, müəyyən təşkilatı işlər görməlidir. Yolların parklanması, bunların harada qurulması və s. araşdırmaların nəticəsində həllini tapmalıdır. Qanunsuz parklanma olan hissələrdə sadəcə "saxlamaq qadağandır” işarəsi yerləşdirməklə problemi aradan qaldırmaq çətin olacaq. İnsanların rahatlığını, təhlükəsizliyini təmin etmək üçün parklama yerləri daha səmərəli və geniş şəkildə qurulmalıdır”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Bakıda yol hərəkətinin təşkilinin yenidən qurulması nəzərdə tutulduğunu açıqlayıb. O bildirib ki, parklama siyasətinə yenidən baxılacaq və paytaxtın 11 arteryal küçəsində parklanma yenidən təşkil ediləcək. Bundan başqa, V. Kərimlinin sözlərinə görə, bu ilin sentyabr qədər Bakıda yolların kəsişdiyi 74 məntəqədə həm yol nişanlarının, həm də işıqforların fazalarının dəyişdirilməsi - "deadlock"ların tətbiqi planlaşdırılır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət