Pəncərəni açmaq mümkün deyil
07:39 06.09.2017
Arxiv
828
Sumqayıt sakinləri tullantıların tüstüsündən evlərində əziyyət çəkir
Sumqayıt şəhərini tüstü və xoşagəlməz qoxu bürüyüb. Şəhərin 13-cü mikrorayon sakinləri xoşagəlməz qoxunun əlindən təngə gəliblər. Onların sözlərinə görə, tüstüdən evdə rahat oturmaq mümkün deyil.
Redaksiyamıza müraciət edən Sumqayıt şəhər sakini Arzu Əliyeva uzun zamandır ki, yaşadığı ərazidə məişət tullantılarının yandırıldığını deyir. Şikayətçi xanımın sözlərinə görə, tullantıları yandıran şəxslərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq problem hələ də həllini tapmır: "Hər gecə binamızdakı "Hipermarket”in yanında müxtəlif məişət tullantılarını yandırırlar. Pis qoxu və tüstü ətrafı bürüyüb, evdə pəncərələri açmağımız mümkün deyil. Tüstü imkan vermir ki, rahat nəfəs alaq. Marketin yanında balaca bir ərazi var. Hər gecə bir neçə şəxs həmin əraziyə müxtəlif məişət tullantıları, zir-zibil qoyur, sonra da yandırırlar. Neçə dəfə onlara demişəm ki, "heç olmasa, bu tullantıları aparın zibilliyə tökün və orda yandırın”. Amma xeyri yoxdu. Əllərinə nə keçdi həmin əraziyə qoyub yandırırlar. Hər kəs bu vəziyyətdən narazıdı. İsti havadı, pəncərəni açmaq istəyirəm, amma zəhərli tüstü, pis iy evi bürüyür.
Sübut olaraq şəkil və video görüntüləri də çəkmişəm. Bizim də gücümüz mediaya çatır. Bütün sakinlər istəyirik bu problem mediada işıqlansın və həllini tapsın”.
Mövcud problemlə bağlı Parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev də fikirlərini bildirib. Deputat hesab edir ki, tullantıların toplanması, yığılması, məhv edilməsi bələdiyyələrin səlahiyyətinə verilməlidir: "Son zamanlar şahidi oluruq ki, tullantıların yandırılmasına görə bələdiyyə sədrləri 2000, 3000 manat cərimə olunurlar. Axı tullantıların toplanması, yığılması, məhv edilməsi bələdiyyələrin səlahiyyətinə aid deyil. Bundan sonra həmin bələdiyyə rəhbərlərinin cərimələnməsini daha məqbul hesab edərdim. Amma hansısa orqan buna cavabdehdir və bələdiyyə işçiləri cərimələnirsə, bu, doğru yanaşma deyil”.
"Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli isə "Şərq”ə açıqlamasında deyib ki, məişət tullantıları ilə bağlı hər bir icra hakimiyyətinin müvafiq strukturu var. Sakinlər aidiyyəti quruma, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt”inə müraciət etsələr, məsələ 1 saat ərzində həllini mütləq tapacaq. Birlik sədrinin sözlərinə görə, icra hakimiyyətinin Mənzil Kommunal İstismarı Sahəsi də bu problemlərlə məşğul olur:
"Vətəndaş şəkilləri çəkir, ya Ekologiya Nazirliyinin müvafiq nömrələrinə göndərir, ya da şikayətini rəsmi şəkildə bildirir. Bu müraciət əsasında dərhal məsələ öz həllini tapacaq. Çünki məsələnin həlli bilavasitə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə bağlıdır. Düşünürəm ki, Sumqayıt İcra Hakimiyyəti bu gün belə məsələlərə ciddi yanaşan icra orqanıdır”.
V.Tofiqli deputat Tahir Rzayevin də fikirləri ilə razılaşdığını bildirib. Onun sözlərinə görə, Ekologiya Nazirliyi bu cür problemlərlə bağlı bələdiyyələri cərimə edir. Lakin bununla məsələni yoluna qoymaq mümkün deyil:
"Sonuncu dəfə də Daşkəsəndə bələdiyyə sədrini 3 min manat cərimə ediblər. Həmin bələdiyyə sədrindən soruşmuşam, onun aylıq maaşı 180 manatdır. Deməli, bu şəxs nə qədər işləməlidir ki, cəriməni ödəsin. Bu sahədə bir boşluq, qanunsuzluq var. Çünki bələdiyyələr tullantılarla bağlı məsələni paralel olaraq həll edə bilərlər. Amma konkret olaraq icra hakimiyyətinin Mənzil Kommunal İstismar Sahəsi adlı strukturu var. Bu struktur nədən ötrü yaradılıb? Bu nöqteyi-nəzərdən Tahir müəllim düz deyir. Düşünürlər ki, cərimə tətbiq etməklə hansısa addım atırlar.
Məsələn, bu gün sürücü kəmər taxmırsa, onu cərimə edirlər. Sürücünün yanında oturan sərnişin kəmər taxmırsa, sərnişinin özünü də cərimə edirlər. Ekologiya Nazirliyi də gedib bələdiyyələri cərimə eləməklə yanaşı, zibili tullayan şəxsləri tutub onlara da cərimə kəsməlidir. Nazirlik monitorinqlər aparmalı, vətəndaşları maarifləndirməli və lazım olduqda onlara da cərimə yazmalıdır. Vətəndaşlar da təmizliyə riayət etməlidir. Yalnız bələdiyyələri cəzalandırmaqla problem həll olunmur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman