Polis polkovniki həbs edilib - DİN-dən açıqlama
12:02 28.11.2014
Arxiv
847
Xidmətdən kənarlaşdırılan polis zabiti barəsində cinayət işi açılıb
Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayon Polis Şöbəsinin keçmiş rəisi İmaməddin Abbasovun həbsi barədə məlumatları təsdiqləyib.
DİN Mətbuat Xidmətinin rəisi Sadiq Gözəlov APA-nın sorğusuna cavabında bildirib ki, paytaxt sakini olan bir vətəndaş nazirliyə müraciət edərək İmaməddin Abbasovun onun külli miqdarda pulunu mənimsəməsi barədə məlumat verib: "Nazir, cənab Ramil Usubovun göstərişi ilə həmin müraciət üzrə xidməti təhqiqat aparılıb və müəyyən olunub ki, İmaməddin Abbasov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların pullarını mənimsəyib, onlara külli miqdarda ziyan vurub. Əməlində dələduzluq cinayətinin əlamətlərinin olması, "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi"nin tələblərini pozub polis əməkdaşı adına ləkə gətirən hərəkətlər etməsi nəzərə alınaraq, İmaməddin Abbasov Daxili İşlər Orqanlarında xidmətdən xaric edilib”.
S. Gözəlov həmçinin qeyd edib ki, İ.Abbasovun əməlinə hüquqi qiymət verilməsi üçün xidməti yoxlama materialları qanunvericiliyə uyğun olaraq Baş Prokurorluğa göndərilib.
Həmin materiallar üzrə Baş Prokurorluqda aparılmış prosessual araşdırmaların nəticələrinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə tərəfindən İ.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İ. Abbasov əvvəllər Oğuz rayonunun polis rəisi olub.
Bu gün bəzi KİV-də İ. Abbasovun tutulması barədə məlumatlar yayılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə