"Polisin vəzifəsi asayişi qorumaq, qanunun aliliyini təmin etməkdir" - Deputat
12:35 18.11.2018
Arxiv
790
Radikal müxalifət ümummilli bayramları və tarixi günləri öz varlığını yada salmaq üçün istismar etməkdədir. belə ki, Dünən 17 noyabr-Milli Dirçəliş günündə özünü "Milli Şura” adlandıran qurumda birləşmiş bir qrup radikal Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Milli Dirçəliş günü ilə bağlı keçiriləcəyi iddia olunan qanunsuz aksiya "Milli şura”nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunmuş, onlar qanunsuz aksiya iştirakçılarını polislə toqquşmaya təhrik ediblər. Siyasi protokolların keçirildiyi məkanlar, tarixi –dini ziyarət yerləri kütləvi etiraz aksiyaları keçirilmək üçün ünvan kimi seçilə bilməz. Şəhidlər Xiyabanı isə həm siyasi protokollar üçün məkandır, həm də Azərbaycan tarixini çox mühüm ziyarət yerlərindən biridir. Beləliklə, aksiyada siyasi məqsədlər güdülmüş, radikal müxalifətin cəmiyyətə öz varlığını göstərmək, sabitliyi pozmaq, polislə qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyətindən irəli gəlib.
Hüquq mühafizə orqanları qeyri qanuni aksiyanın qarşısını alıb və dağıdıcı qruplara Şəhidlər xiyabanı kimi müqəddəs ziyarətgahı siyasi spekulyasiya və şou meydanına çevirməyə imkan verməyib. Aksiyanın təşkilatçıları da saxlanaraq Səbail rayon polis idarəsinə aparılıblar. Polsin aksiyanın qarşısını alarkən qanun tələblərinə əməl edib. Bununla belə aksiyadan sonra radikal müxalif fəallar tərəfindən sosial şəbəkələrdə böyük kampaniya başladılıb, polis idarəsinə yürüş etmək barədə çağırışlar edilib. Bu, aksiyanın əvvəlcədən qarşıdurmaya getmək məqsədilə düşünüldüyünü təsdiqləyir.
Vəziyyəti dəyərləndirən millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a bildirib ki,Azərbaycan radikal müxalifəti üçün müqəddəs anlayış yoxdur. Xüsusi ilə 17 noyabr - Milli Dirçəliş günündə icazəsiz aksiya keçirərək öz mahiyyətlərini göstərdilər. Parlamentari qeyd edib ki, radikal müxalifətin polislə üz-üzə gəlməsi, aqressivlik nümayiş etdirməsi, hakimiyyət əleyhinə əsassız şüarlar səsləndirməsi onların bu aksiyaya öncədən hazırlaşdılqarını sübut edir:
" Azərbaycan hüquqi dövlətdir. Azərbaycan öz vətəndaşlarının hüququnu daim qoruyur. Bununla belə sabitliyi və qanunuz pozmaq istəyənlərə qarşı isə sərt təpki göstərilir. Bu aksiya razılaşdırılmış olsaydı və yaxud da dinc bir şəkildə, hər hansı bir qanunu pozmadan etsəydilər, belə bir hadisə yaşanmazdı. Lakin onlar bilərəkdən yol-hərəkəti qaydalarını pozaraq hərəkət etmələri, həqiqətə uyğun olmayan şüarlar səsləndirmələri onların bu aksiyaya əvvəlcədən hazılaşmalarından xəbər verir. Bir daha aydın oldu ki, Azərbaycan radikal müxalifəti mahiyyətcə dəyişməyib. Onlar hələ də ötən əsrin 90-cı illin əvvəllinin ab-havası ilə yaşayırlar. Özlərini dövlətçiliyə qarşı qoymağa çalışırlar. Aydın məsələdir ki, xaricdəki anti-Azərbaycan dairələrinin sifariş və ya tapşırıqlarını yerinə yetirməyə cəhd göstərirlər. Radikal müxalifət, konkret olaraq AXCP asayışı pozaraq xarici mətbuatın səhifəsinə düşməyə cəhd göstərir. Azərbaycanın müstəqillik tarixi, ölkə parlamenti və bayrağımızın qəbul edilməsinin 100-cü il dönümüdür. Bununla belə Azərbaycan müxalifəti bu əlamətdar tarixə özünün çirkin səhifəsini yazmağa çalışır. Bir daha sübut olundu ki, radikal müxalifəti Azərbaycanın inkişafı deyil, özünün şəxsi qrup maraqları düşündürür. Onlar özləri üçün hər şeyə getməyə hazırdılar. Ancaq Azərbaycan dövləti radikal müxalifətə və onların xaricdəki himayədarlarına xəbərdarlıq etdi ki, heç bir qüvvə Azərbaycanda stabillyi poza bilməz".
Millət vəkili onu da diqqətə çatdırıb ki, polisin vəzifəsi asayişi qorumaq, qanunun aliliyini təmin etməkdir :
"Əgər radikal müxalifətə çağırış, müraciət təsir göstərmirsə, onlar polis bölməsinə aparılmalı və haqlarında inzibati tədbirlər görülməlidir. Radikal qüvvələr həmişə polisi gözdən salmağa, zəiflətməyə çalışırlar. Ancaq onların çağırışları, cəhdləri əbəsdir. Azərbaycan cəmiyyəti asayişin qorunmasında polisin rolunu və əhəmiyyətini həmişə hiss edir".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət