S.Soltan Türkiyə-Amerika münasibətlərinə də aydınlıq gətirib. O xatırladıb ki, hər iki ölkə NATO-da müttəfiqdir:
Politoloq:"Rusiya-ABŞ prezidentlərinin görüşü qütblərin barışığıdır" - Köklü problemlər qalır
15:08 19.07.2018
Arxiv
956
"Rusiya və ya Türkiyə ilə yaxınlaşmaq Donald Trampın fərdi addımı deyil. Bu Amerika dövlətinin daxili və xarici siyasətini, strateji xəttini müəyyənləşdirən aparatın siyasətidir”.
Bunu "Sherg.az”a ABŞ prezidenti Donald Trampın Rusiya və Türkiyə ilə münasibətlərinin yaxşılaşması barədə iddiaları şərh edərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
O bildirib ki, Donald Tramp Amerika siyasətinin sadəcə icraedicisidir:
"ABŞ-ın siyasətində əslində elə də dəyişiklik yoxdur. İyulun 16-da Rusiya və Amerika prezidentləri arasında baş tutan görüş sadəcə qütblərin barışığıdır. Bu görüşün nəticəsində heç bir sənəd qəbul edilmədi, ciddi məsələlər müzakirə olunmadı və bütün məsələlərə ümumi deklorativ münasibət bildirildi. Bu ölkələr arasındakı köklü məsələlərə heç bir aydınlıq gətirilmədi. Məsələn, məlum olmadı ki, Rusiya Krımdan çıxacaq, yoxsa yox. Rusiya və ABŞ-ın Suriya prezidenti Bəşər Əsədin gələcək siyasi taleyinə necə münasibət bəslədiyi də müzakirə olunmadı. İranın atom-nüvə müqaviləsi, Rusiyanın buradan çıxıb-çıxmayacağı da gündəm mövzusu deyildi. İki ölkə arasında bu tip problemlərə aydınlıq gətirilmədiyi halda hansı yaxınlaşmadan söhbət gedə bilər?”
S.Soltan Türkiyə-Amerika münasibətlərinə də aydınlıq gətirib. O xatırladıb ki, hər iki ölkə NATO-da müttəfiqdir:"Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyi həm də NATO-nun məsələsidir. Bu təşkilatın nizamnaməsində yazılıb. Ona görə, ABŞ-ın Türkiyə ilə münasibətləri yaxşı saxlaması NATO-nun nizamnaməsinə əməl etməsi deməkdir. Son bir neçə ayda Suriyadakı məsələlərlə bağlı aydınlaşdırılmalı məsələlər hələ də qalır. Amma Türkiyə ABŞ-ın strateji müttəfiqliyindən çıxmamışdı. Sadəcə müttəfiqlər arasında bəzi anlaşılmazlıqlar olur, bunun aydınlaşması isə zaman aparır. Hazırda keçirilən görüşlər, səsləndirilən fikirlər isə yaxınlaşma deyil, sadəcə bəzi mübahisəli məqamların aydınlaşmasıdır. ABŞ Rusiya ilə yaxınlaşsaydı, tətbiq etdiyi sanksiyaları aradan qaldırardı”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət