Polkovnik Rüfət Əmirov: "Şou tamaşaçısı olan gəncdən vətənpərvərlik gözləmək olmaz"
13:39 13.02.2015
Arxiv
599
"Azərbaycanda mövcud olan saysız-hesabsız qeyri-hökumət təşkilatlarının vətənpərvərlik tərbiyəsinə biganə münasibəti təəssüf doğurur. Yaxşı olmazmı ki, hansısa təşkilat vətənpərvərliklə bağlı ortaya maraqlı layihə çıxarsın”.
APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Rüfət Əmirov Müdafiə Nazirliyinin rəsmi orqanı olan "Azərbaycan Ordusu” qəzetində dərc olunmuş məqaləsində yazıb.
"Yaxşı olardı ki, qeyri-hökumət qurumlarının, ictimai təşkilatların nümayəndələri cəbhə bölgələrinə gedərək əsgərləri ziyarət etməyi məcburi kampaniya kimi başa düşməsin. Dövlət başçısı sərhəd bölgələrinə səfərləri zamanı əsgərləri də ziayarət edir, onlarla bir süfrə arxasında əyləşir”, - deyə polkovnik qeyd edib.
R. Əmirov vətənpərvərlik tərbiyəsinin təşkilində əhəmiyyətli rola malik olan mətbuat və televiziyanın bu məsələyə düzgün yanaşmadığını bildirib: "Silahlı Qüvvələrdə kifayət qədər təcrübəyə malik olan bir zabit kimi, həm də bir Azərbaycan vətəndaşı olaraq tam məsuliyyət hissi ilə qeyd etmək istərdim ki, ordumuzun güclənməsi və hərbi büdcəmizin əhəmiyyətli dərəcədə artırılmasına baxmayaraq, hələ də ölkədə gənc nəslin vətənpərvərlik tərbiyəsində yetərli uğurlardan danışmağa haqqımız çatmır. Səhərdən axşama qədər ucuz şou proqramlarına önəm verən televiziya və media qurumları ordu və cəmiyyət əlaqələrinin möhkəmlənməsinə deyil, tamamilə başqa məqsədlərə xidmət edir. Məncə, hansısa müğənninin sifarişi ilə hazırlanan şouların tamaşaçısı olan gəncdən vətənpərvərlik gözləmək sadəlövhlük olar. Həftənin yalnız bir günü, sərfəli olmayan vaxtda yarım saatlıq vətənpərvərlik verilişi hazırlamaqla tamaşaçıya vətən sevgisini aşılamaq mümkünsüzdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya