Prezident: “Cocuq Mərcanlının və Şıxarxın timsalında xalqımızın iradəsini göstəririk”
20:10 29.01.2018
Arxiv
453
"Məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisi davam etdiriləcək. Bu məsələyə çox böyük diqqət göstərilir”.
APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Dövlət başçısı qeyd edib ki, bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib: "Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib - 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilib”.
"Bu layihələrin icrası, eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, deyə prezident İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək: "Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə - ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaqdır. Ancaq bu, minimum proqramdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm