Prezident həmişə məcburi köçkünlərə diqqət və qayğı göstərib
09:47 17.02.2017
Arxiv
829
Dövlət başçısının humanist addımı işğal olunmuş ərazilərin sakinləri tərəfindən rəğbətlə qarşılanır
Prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Dəyişikliyə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları) yaşayan məcburi köçkünlərin fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülməsinədək onların istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarına görə bütün haqlar 2017-ci il 1 yanvar tarixinədək dövlət hesabına ödəniləcək.
Fərmanda nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixindən 20 manat məbləğində müəyyən edilir.
Dövlət başçısının Sərəncamı ilə bağlı "Şərq”ə danışan Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Həvva Məmmədova bir məcburi köçkün və yurd-yuvasından didərgin düşmüş azərbaycanlı olaraq, Prezidentin sərəncamını yüksək qiymətləndirir, öz ailəsi və bütün məcburi köçkünlər adından ölkə başçısına sonsuz minnətdarlığını bildirib:
"25 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır. Amma bu ötən illər ərzində qaçqınlara və məcburi köçkünlərə siyasi qiymət verilib, onlara qarşı dövlət tərəfindən göstərilən diqqət və qayğı bir an olsun ləngiməyib. Hansı ölkənin Prezidenti öz ad gününü qaçqın və məcburi köçkünlərlə birlikdə keçirir? Təbii ki, ancaq bizim Prezidentimiz. Qaçqın və məcburi köçkünlərə qarşı bu münasibətin və siyasətin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də onun uğurlu davamçısı İlham Əliyev tərəfindən davam etdirilir”.
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına dəyişiklik edilməsi barədə sərəncamın alqışa layiq olduğunu vurğulayan sabiq millət vəkili deyib ki, məcburi köçkünlər boşuna cənab prezidenti özlərinə arxa- dayaq olaraq görmürlər. Qaçqın və məcburi köçkünlər hər zaman onların lehinə dəyişikliklərin, yeniliklərin olacağını, müavinətlərin veriləcəyini gözləyir və heç vaxt öz gözləntilərində yanılmırlar. Prezidentin siyasətinin mərkəzində xalqımızın, eyni zamanda qaçqın və məcburi köçkünlərin yüksək həyat şəraitinin yaradılması dayanır. O cümlədən də, sonuncu dəyişiklik bütün qaçqın və məcburi köçkünlər tərəfindən çox rəğbətlə qarşılanır, alqışlanır! Bu da Prezident tərəfindən atılmış növbəti humanist addımdır və biz çox razılıqla qarşılayırıq: "İlham Əliyevin doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitini yaxşılaşdırmaq istiqamətində gördüyü işlər işğal bölgəsinin sakinləri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Prezidentin məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində köçkünlərə həmin qəsəbələrdə can sağlığı ilə yaşamaqla yanaşı, müvəqqəti yaşamağı arzulaması təsadüfi bir söz deyil.
O, eyni zamanda torpaqlarımız işğaldan azad olunandan sonra həmin torpaqlarda bundan da gözəl evlər tikəcəyi vədini verir. Mən də məcburi köçkünlər adından əmin edirəm ki, Ali Baş Komandanımız torpaqlarımızın işğaldan azad olunması üçün nə zaman döyüş əmri versə, məcburi köçkünlər ön sıralarda yer alacaq. İlk döyüşə məcburi köçkünlər qatılıb, öz yurd-yuvalarını düşmən tapdağından azad edəcəklər! Və əminəm ki, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasət onu deməyə əsas verir ki, yaxın gələcəkdə torpaqlarımız işğaldan azad ediləcək və doğma yurdlarından didərgin düşmüş insanlar öz yerlərinə qayıdacaqlar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm