Prezident İlham Əliyev Ələtdə terminalın açılışında




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.

"Sherg.az"ın AzərTAC-a istinadən xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev terminalın açılışını edib.