Prezident İlham Əliyev səfir və konsul təyin edib




Prezident İlham Əliyev Pərviz İsmayılzadəni Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

"Sherg.az"ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısının digər bir sərəncamına əsasən, Rasim Rzayev də Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.