Prezident İlham Əliyev və Almaniyanın Federal Kansleri Angela Merkel iş adamları ilə görüşüblər
13:05 25.08.2018
Arxiv
790
Avqustun 25-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin iş adamları ilə görüşü olub.
Sherg.az AZƏRTAC-a istinadəmn xəbər verir ki, Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib ki, bu gün xanım Merkellə çox geniş fikir mübadiləsi aparıblar: "Bir çox məsələlər, o cümlədən iqtisadi-ticarət sahəsindəki əməkdaşlıq müzakirə olundu. Bu gün biz iş adamlarının iştirakı ilə görüşümüzü davam etdiririk. Qeyd etməliyəm ki, Almaniyadan olan şirkətlər Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, onlar bir çox sahələrdə işləyiblər, müxtəlif layihələr icra ediblər. Yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər və əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaq. Alman şirkətləri Azərbaycanda yaxşı tanınır, onların keyfiyyəti, texnologiyaları bizim ölkəmiz üçün çox böyük fayda verir. Azərbaycan indi müasirləşmə dövrünü yaşayır, iqtisadi şaxələndirmə bizim əsas prioritetimizdir. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb və bu, onu göstərir ki, iqtisadi şaxələndirmə siyasəti Azərbaycanda uğurla aparılır. Biz əlbəttə ki, böyük neft-qaz resurslarına malikik, onları ixrac edirik, amma əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu sahədə əlbəttə ki, Almaniyadan olan şirkətlər bizə kömək göstərə bilərlər.
Hazırda kənd təsərrüfatının inkişafı, turizm, informasiya-kommunikasiya sektoru, infrastruktur layihələri, o cümlədən dəmir yollarının modernləşdirilməsi, inşaat sektoru və digər sahələr prioritetlər sırasındadır. Əminəm ki, bu gün keçiriləcək söhbət nəticəsində yeni kontraktlar imzalanacaq, yeni əməkdaşlıq formatı yaradılacaqdır".
Almaniya Kansleri Angela Merkel isə deyib: "Biz bu gün ikitərəfli münasibətlər haqqında intensiv fikir mübadiləsi apardıq. Eləcə də Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri haqqında fikir mübadiləsi apardıq. Azərbaycanın geostrateji ərazidə yerləşməsi, İran və Rusiya ilə sərhədlərə malik olması, Türkiyə ilə sıx münasibətləri barədə də danışdıq.
Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkədir. Bu binadan da gördüyümüz kimi, Azərbaycan çox sürətli inkişafa nail olub. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi yaxşı faktdır. Alman iqtisadiyyatının da geniş şaxəli olması burada yaxşı partnyorluq üçün əsas yaradır. Azərbaycanda alman xarici ticarət palatası var, burada 150-dən çox alman müəssisəsi fəaliyyət göstərir. Prezident də qeyd etdi ki, ölkənin iqtisadiyyatının inkişafına töhfə vermək üçün digər müəssisələr də ürəkdən dəvət olunur. Bizim bunda böyük marağımız var. Azərbaycan dünyəvi bir dövlətdir. Biz bu barədə danışdıq. Bu gün Azərbaycan dünyəvi müsəlman dövlətidir. Baxmayaraq ki, biz bu gün dünyanın bir çox ölkələrində islamlaşmanın daha da güclənməsi trendlərini müşahidə edirik. Azərbaycanın iqtisadiyyatı üçün bu uğurların böyük əhəmiyyəti var. Almaniya bu sahədə yaxşı partnyor ola bilər. Mən çox şadam ki, yaranmış bu imkandan istifadə edib sizi dinləyə biləcəyik. Biz istəyirik ki, iqtisadiyyat nümayəndələri çıxış etsinlər, öz fikirlərini bildirsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq