"Prezident növbəti dəfə humanizm nümunəsini və xalqa qayğısını əyani şəkildə göstərdi”

"Dövlət başçısı İlham Əliyev növbəti dəfə humanizm nümunəsini və xalqa qayğısını əyani şəkildə göstərdi”.
Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı ekspert bildirib ki, Prezidentin davranışı bəzi məmurlara, dövlət qulluqçularına da bir örnək olmalıdır:
 "Bəzi məmurlar uzun illər qabaq bəzi şəhid ailələrinə o vaxtkı pulla 50 min manat ödənilməsini bəhanə edərək, hazırda verilən məbləğdə yardımın onlara ayrılmamasını istəyirdilər. Lakin, burada adi məntiq hər şeyi göstərir. 
O vaxtki 50 min manatın əmtəə dəyəri indiki pulla 110 manat edir, ya etmir. Yəni o vaxt həmin pula uzağı 11 kq. yağ almaq olardı. İndi verilən məbləğə isə 1100 kq yağ düşür. Bu halda, necə ola bilərdi ki, birinə 110 manat, o birinə 11 min manat ödənilsin? Bu, 100 dəfə fərq deməkdir. Bəzi məmurlar bu elementar məqamı belə bilmirlər. Əgər hər məsələ ilə şəxsən Prezident məşğul olacaqsa, o məmurlar nəyə lazımdır?”.
Ekspert bildirib ki, müharibədə həlak olmuş şəxslərin ailələrinə dövlətin əhəmiyyətli məbləğdə maliyyə köməyi göstərməsi təqdirəlayiqdir: 
"Dövlətimiz onlara, müharibə əlillərinə və veteranlarına mənzil, avtomobil, torpaq sahəsi verir, müxtəlif güzəştlər müavinətlər ödəyir. Burada məqsəd həm həmin kateqoriyanın sosial rifahını yaxşılaşdırmaq, həm də cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olmaqdır. Vətən uğrunda döyüşən, əlil olan və həlak olanların ailələrinə dövlətin belə qayğısı əlbəttə, hamıda müsbət təəssürat yaradır. Vətəndaşlarda dövlətə inamı artırır. Ona görə də dövlət başçısının bu addımı cəmiyyətdə rəğbətlə qarşılanır”.
İsmayıl