Prezident şəhid anasının ayağa qalxmasına izin vermədi, özü onun yanına getdi





"Prezident şəhid anasının ayağa qalxmasına izin vermədi. Özü onun yanına getdi və bir daha şəhidlərimizin və onların ailələrinin bizim üçün nə qədər dəyərli olduğunu nümayiş etdirdi”

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, milli birliyimizi də, torpaqlarımızın azad olunmasını da, vətənimizin bölünməzliyini də təmin edəcək mənəviyyat budur! Ona görə də ərazi bütövlüyümüzün bərpa olunacağı gün uzaqda deyil: 

"Ali Baş Komandanımız bir daha qətiyyətlə bəyan etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq. Doğurdan da ötən illər ərzində həyata keçirilən müstəqil siyasət güclü iqtisadiyyatımızın yaranmasına, beynəlxalq münasibətlər sitemində ölkəmizin yerinin və rolunun möhkəmlənməsinə gəritib çıxarıb ki, bunlar da ərazi bütövlüyümüzün bərba olunması üçün real geostrateji şərtlər formalaşdırıb. 

Əlbətdə buna nail olmaq, ənənəvi geosiyasi balansı ölkəmizin lehinə dəyişmək hazırki beynəlxalq şərtlər içərisində olduqca çətin bir işdir. Ancaq Azərbaycan buna nail olmağı bacarıb. Bütün bu məsələlərlə yanaşı Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Təsadüfi deyil ki, bu vaxta qədər belə vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. 

Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb”.

Deputat xatırladıb ki, elə keçən il də Prezident İlham Əliyev şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fərman imzalayıb. Həmin Fərmana əsasən, 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub: 

"Artıq bu proses çərçivəsində 3 mindən çox şəhid ailəsinə vəsait verilib. Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşdən sonra imzaladığı fərmana əsasən isə daha çox şəhid ailəsi birdəfəlik müavinət alacaq ki, bu da şəhidin hansı statusda xidmətə çağırıldığı və hansı şəraitdə öz həyatını Vətən üçün fəda etməsindən asılı olmayaraq, hər birinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olmasının sübutudur”.

İsmayıl