Prezident Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib
06:51 04.03.2019
Arxiv
604
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat ximətindən "Sherg.az"a məlumat verilib.
İbrahim bin Əbdülrəhman əl-Ömər İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini qeyd edərək, Azərbaycanda gördükləri inkişaf proseslərinin, mədəniyyət və arxitektura nümunələrinin, xüsusilə Heydər Əliyev Mərkəzinin gözəlliyinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda gedən böyük quruculuq işlərinin, ən müasir infrastrukturun yaradılmasının iqtisadiyyatın bütün sahələrinə, o cümlədən turizmin inkişafına böyük təkan verdiyini vurğuladı.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq əlaqələrinin genişləndiyi, ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, İbrahim bin Əbdülrəhman əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu, hökümətlərarası komissiyanın əməkdaşlığın inkişafı işinə töhfə verdiyi qeyd edildi.
Söhbət zamanı, həmçinin bildirildi ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymaqda maraqlıdır. Məmnunluq ifadə olundu ki, bir il ərzində Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı dəfələrlə artıb.
Görüşdə ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, energetika, investisiya, bərpa olunan enerji mənbələrinin yaradılması, turizm və turizm infrastrukturu, sənaye, kənd təsərrüfatı, neft-qaz, alternativ enerji, nəqliyyat və digər istiqamətlərdə əlaqələrimizin inkişaf perspektivləri müzakirə edildi, ticarət dövriyyənin artırılmasının və bunun üçün logistik və nəqliyyat imkanlarının araşdırılmasının vacibliyi qeyd olundu.
Dövlətimizin başçısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və vəliəhdə çatdırmağı xahiş etdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya