Prezident yeni yaşayış binasının açılışında iştirak edib




Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı olub.

APA-nın xəbərinə görə, prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı binadakı mənzillərdə yaradılan şəraitlə tanış olub.
Sonra prezident yeni binanın sakinləri ilə görüşüb.