Prezident yollar agentliyi ilə bağlı fərman imzaladı




Prezident İlham Əliyev Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərinə görə, fərmana əsasən, Nazirlər Kabinetinə Agentliyin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək;

Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək;


"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində həll etnək;


Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu frmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat vermək;


Məkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu frmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində pezidentə məlumat vermək;


Bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.