Prezidentin anasının vəfatı ilə əlaqədar üç günlük matəm elan olunub





Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyanın anasının vəfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə BƏƏ-in Prezident İşləri üzrə Nazirliyi rəsmi məlumat yayıb.

Dövlət başçısının anası şeyxə Hessa bin Məhəmməd Al Nəhyan yanvarın 28-də dünyasını dəyişib. Matəm bu gündən etibarən üç gün davam edəcək.