"Prezidentin bütün fərman və sərəncamları vətəndaş amilinə söykənir" - Baş redaktor




"Cənab Prezidentin sərəncamı əhaliyə olan böyük diqqətin ən bariz nümunəsidir”.

Bu barədə  "Sherg.az”a açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 

Baş redaktorun sözlərinə görə, Prezidentin Azərbaycan Əfqanstan veteranları ilə bağlı imzaladığı sərəncam veteranlara olan hörmətin göstəricisidir: 

"Ölkə başçısının bütün fərman və sərəncamları, həyata keçirilən hər bir tədbirlər vətəndaş amilinə söykənir. 

Bu günə qədər tələbələrin təqaüdlərinin, şəhid ailələrinə verilən müavinətlərin artırılması, veteranlarla bağlı imzalanan sonuncu sərəncam, hündürmərtəbəli binaların sənədləşdirilməsinin sadələşdirilməsi ilə bağlı olan qərarlar ölkə başçısının vətəndaşlara həssas münasibətini göstərir. Bizim də borcumuz ölkə başçısının həyata keçirdiyi işlərə dəstək olmaq, ölkəmizin daha da inkişaf etməsinə, qüdrətlənməsinə hesablanmış böyük layihələrin reallaşmasına töhfələrimizi verməkdən ibarətdir”.

Yeganə Bayramova