"Prezidentin şəhid ailələri ilə görüşü çox duyğulandırıcı idi”.
Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Deputatın sözlərinə görə, ölkə başçısının şəhid ailələri ilə görüşməsi və onlara göstərdiyi qayğı böyük məmnunluqla qarşılanır:
"Bu günə qədər yalnız şəhid olmuş vətəndaşlarımızın ailələri müvafiq məbləğ alırdılar. İndi isə könüllü şəkildə xidmətə gedib şəhid olan vətəndaşlarımızın ailəsi də müəyyən pul ala biləcəklər.

Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə cənab prezidentə təşəkkürlərimi bildirirəm.
Ölkə başçısının şəhid ailələri ilə görüş zamanı onlara göstərdiyi mehribanlıq həqiqətən də insan qəlbini titrədir. 130 milyondan artıq pulun ayrılması dövlətimizin şəhidlərə, onların ailələrinə qayğısıdır. Ölkə başçısı görüş zamanı dəfələrlə bildirdi ki, şəhidlərimiz vətənin azadlığı və müdafiəsi uğrunda şəhid olublar. Ona görə də həmişə şəhidlərimiz yad edilcək və onların ailələri diqqətdə saxlanılacaq. Hər birimiz bu görüşü yüksək qiymətləndiririk”.
Qeyd edək ki, Yanvraın 28-də dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.
Yeganə Bayramova