"Prezidentlə görüş bütün şəhid ailələrini duyğulandırdı"





"Cənab prezidentin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşü, 11 manat birdəfəlik yardımın bütün şəhid ailələrinə şamil olunması ölkə başçısının bizə olan diqqətinin ən bariz nümunəsidir”.

Bunu "Sherg.az"a Şəmkir rayonundan olan şəhid Alıyev Məzahir Həsən oğlunun anası Alıyeva Səidə Qəhrəman qızı söyləyib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşü,onlara göstərdiyi xoş, səmimi münasibət bütün şəhid ailələrini duyğulandırdı:

"Biz bir şəhid ailəsi olaraq bu qərardan, bu görüşdən çox razı qaldıq. Allah Prezidentimizə və onun ailə üzvlərinə can sağlığı versin. Biz şəhid ailəsi olaraq ölkə başçısının diqqətini, qayğısını həmişə hiss etmişik, bu gün də hiss edirik. 

Və son görüşdə Prezident bir daha təsdiq etdi ki, vətən uğurunda canından keçib şəhidlik zirvəsinə ucalanlar heç zaman unudulmur. Bu dövlət şəhidlərə və onların ailələrinə həmişə sahib çıxıb, çıxır da. Bir daha ölkə başçısına və Mehriban xanıma təşəkkürlərimi ifadə edirəm".

Ayyət Əhməd