Prezidentlər iyun ayının sonlarında görüşəcək

Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları üçtərəfli Qarabağ danışıqları aparacaq



Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya XİN-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır: "Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq”.
Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub.
APA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə "RİA Novosti”yə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır.