Prezidentlərin yeni görüşü planlaşdırılır

ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik tarixin balli olmadığını deyib




"ATƏT-in Minsk qrupunun həmsədrləri qısa müddət ərzində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın yeni görüşünün təşkilini planlaşdırır”.
Bu sözləri ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik deyib.
"Növbəti görüşün təsdiq olunmuş tarixi hələlik olmasa da, lakin ABŞ, Rusiya və Fransa həmsədr-ölkələr olaraq, prezidentərin yeni görüşünün mümkün dərəcədə tezliklə təşkilinə çalışırlar”, - deyə Uorlik bildirib.
Uorlikin sözlərinə görə, Qarabağ münaqişəsi tərəfləri nizamlanma üçün etimad mexanizmlərinin formalaşdırılmasını təmin etməyə yönəliblər.
Prezidentlərin son görüşü Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburq şəhərində baş tutub. Görüş zamanı atəşkəsin möhkəmləndirilməsi və cəbhə xəttində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı qərarlar qəbul edilib.