"Prezidentlərinin görüşü barədə XİN-in məlumatı korrektə edilməmiş olub" - Zaxarova






"Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə məlumatı Prezident administrasiyası yayacaq. Bu bizim yox, onların səlahiyyətində olan məsələdir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"O ki qaldı dünən Rusiya XİN-in saytında gedən məlumata, qeyd etmək istəyirəm ki, bu, korrektə edilməmiş məlumat olub", - deyə M. Zaxarova vurğulayıb.