Professor dəstəkləyir: “Prezidentin addımı sahibkarlara dəymiş ziyanın ödənilməsinə yönəlib"
13:24 28.03.2019
Arxiv
401
"Prezidentin atdığı bu addım günahsiz insanlara dəymiş ziyanın qarşılanmasına yönəlib. Bu addımı hamı kimi mən də dəstəkləyirəm”.
Bu sözləri "Sherg.az"a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
Bununla belə professor hesab edir ki, ancaq bu yanğının baş verməsində günahkar tərəflər aşkar edilməli və onlar öz layiqli cəzalarını almalıdırlar:
"Əgər yanğın baş vermiş ticarət mərkəzində yanğına qarşı təhlükəsizlik tədbirləri lazımı səviyyədə təşkil edilməyibsə və bu vəziyyətə nəzarət etməli olan yanğınsöndürmə qurumu buna göz yumubsa o halda aidiyyatı məmurlar vəzifədən kənarlaşdırılmalı və barələrində cinayət işi qaldırılmalıdır. Çünki hansısa dövlət qrumunun səhlənkarlığı üzündən yaranmış ziyanı dövlət öz xəzinəsindən ödəməli olacaq”.
Qeyd edək ki, Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.
Prezident İlham Əliyev dünən və bu gün Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, müvafiq qurumlar operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm