Professor qəbul imtahanlarının ödəniş qiymətlərinə ETİRAZ ETDİ

Hamlet İsaxanlı: "Magistr olmaq istəyən bir şəxsdən 100 manat tələb etmək həddindən artıq çoxdur"


Qəbul imatahanlarının keçirilməsini Dövlət İmtahan Mərkəzinə(DİM) tapşırıblar. Həmin təşkilatın da bu işləri görəcək işçiləri var. Dövlətdən də böyük maliyyə dəstəyi almırsa, imtahanın təşkili prosesinin ödənişli olması normaldır".

Bunu Sherg.az-a Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərinin tariflərlərindən danışarkən Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib.

Onun sözlərinə görə, bu proses Amerikada da belədir:

"Məsələn, orada universitetlərə qəbul imtahanları iki böyük təşkilat keçirir. Onlar da ödənişlidir. Amma bizdəki rəqəmlər gözümə bir az böyük göründü. Bu rəqəmləri az olsa yaxşıdır. Burada DİM-in günahı yoxdur. Amma ödəniş qiymətlərini azaltmaq olar. Yəni magistr olmaq istəyən bir şəxsdən hər iki mərhələ daxil olmaqla 100 manat tələb etmək həddindən artıq çoxdur. Belə imtahanlar 10-15 və 20-25 manat olarsa, bu, müəyyən mənada anlaşılar. 50 və ya 50 -dən yuxarı rəqəmlər gözümə yaxşı görünmür".

Qeyd edək ki, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb. Məlumata görə, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 40 manat müəyyən edilib. Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyənləşdirilib.

Ayyət Əhməd