Pula ehtiyacı yox, amma...

86 yaşlı baba könül verdiyi bu peşədən əl şəkmir
Malatyada yaşayan 86 yaşlı Ramazan Apaçır, 2 kvadrat metrlik komasında özünə xas yerli silah istehsalı ilə məşğuldur. 65 ildir bu işə tər tökən Ramazan babanın silah istehsalı xaricində əlindən hər iş gəlir.
Ramazan baba, heç bir təhsil almamasına baxmayaraq tapdığı dəmirlərlə yerli silah və tüfəng hazırlayır. Tamamilə əl istehsalı olan tüfənglə ova rahatca çıxmaq olur. Ramazan babanın bu işləri etmək üçün isə rəsmi sənədi mövcuddur. Gənc yaşlarından bu işə maraq saldığını ifadə edən baba, keşmiş illərdə xüsusilə silah təmiri kimi işlərinin çox olduğunu ifadə edir. Ancaq hazırda keçmişdəki kimi iş görə bilmədiyini ifadə etsə də, yenə də işlərinə şükr edir. Əslində uşaqlarının atalarının qazancına ehtiyacı yox, ancaq o könül verdiyi bu peşəni yaşına baxmayaraq davam etdirmək istəyir.