Putin: "Bu Rusiyanın təqsiri deyil"

Rusiya prezidenti Ukrayna böhranına ABŞ-ın səbəb olduğunu deyir



 "Ukraynada yaşanan böhran Rusiyanın təqsiri deyil. Vəziyyətin bu yerə gəlib çıxması özlərini "soyuq müharibə” dövründə qalib hesab edən Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinin fəaliyyətinin nəticəsidir”.
Rusiya prezidenti Vladimir Putin Misirin "Əl- Ahram” qəzetinə müsahibəsində bu cür açıqlama verib. Putin onu da əlavə edib ki, rəsmi Kiyev anti-terror əməliyyatları adı altında atəşkəsi pozan əsas tərəfdir.
Xatırladaq ki, Almaniya, Fransa, Ukrayna və Rusiya fevralın 11-də Minskdə növbəti dəfə bir araya gələcəklər. Gözlənildiyi kimi sammitdə məqsəd Ukraynanın şərqində atəşkəsə nail olmaqdır.
Almaniya rəsmilərinə görə, sammitin keçirilməsi kansler Angela Merkel, Fransa prezident Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Petro Poroşenko arasında aparılmış davamlı telefon danışıqları sayəsində mümkün olub.