"Putin Netanyahunun Azərbaycana gəlməsindən narahatdır"- İDDİA
11:00 12.12.2016
Arxiv
1726
Aleksey Puşkov səmimi danışmır.
Bunu Sherg.az-a Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkovun "Ermənistan-Rusiya qoşun birləşmələrinin Azərbaycana problem yaratmayacaq" iddiasını dəyərləndirərkən millət vəkili Tahir Kərimli deyib.
Deputat bildirib ki, rəsmi Moskva İsrailin dövlət başçısının Azərbaycana gəlməsindən narahatdır və buna görə, belə bəyanatları artırıb, rəsmilərin ölkəmizə səfərlərini intensivləşdirir:
"Gizlətmək lazım deyil ki, Azərbaycan –Rusiya münasibətlərinin yaxşılaşması Ermənistana xoş təsir etmədiyi kimi, Rusiya-Ermənistan arasındakı qoşunların birləşdirilməsi də Azərbaycanın maraqlarına ziddir. Dövlətimizin hərbi qüdrəti artdıqca və öz ərazilərini işğaldan azad etmək niyyəti ciddiləşdikcə, V. Putin daim ermənilərə təsəlliverici bəxşişlər edir. Bu regionda fərqli nəticələrə gətirib çıxarır. Rusiya rəsmiləri bunun heç bir ziyanının olmadığını desə də, təsdiq edə bilmirlər. Dağlıq Qarabağ ərazisində və işğal zonasında müəyyən aktivlik müşahidə olunduqda Rusiya bitərəfliyini saxlamaq istədiyini göstərir, amma MDB çərçivəsində işə qarışmaq haqqında bəyanatlarını eşidirik. Eləcə də vahid qoşun komandanlığı Ermənistan tərəfində olarsa, hər hansı döyüş baş verdikdə Rusiya məsuliyyətdən yayınmağa çalışacaq. Azərbaycanla Rusiyanın əlaqələri yaxın olmasına baxmayaraq, ermənilər bu dövlət üçün imtinaedilməzdir. Yüz illər boyu süni erməni dövlətini yaradıb, müdafiə edən ruslar bunu türk-müsəlman dövlətlərinin arasında bir yara kimi istifadə edirlər. Bu səbəbdən, rusiyalı sədrin sözləri Azərbaycan tərəfini sakitləşdirməyə xidmət göstərir".
Qeyd edək ki, Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının Azərbaycana heç bir problem yaratmadığını bildirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya