Putin riskləri minimuma endirir
08:52 23.02.2018
Arxiv
567
Rusiya ərazisini kriminal avtoritetlərdən təmizləyir
Rusiya hüquq-mühafizə orqanları kriminal avtoritetləri ölkədən qovur. Deportasiya haqqında qərarı şəxsən daxili işlər naziri Vladimir Kolokoltsev verib. Qeyd olunub ki, hazırda 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadze Gürcüstana, 43 yaşlı Kamçibek Kolbaev isə Qırğızıstana yola salınacaq. Məlumatda bildirilib ki, bundan əvvəl Rusiyadan Gürcüstana Baçuka Paçuliya, Azərbaycana isə Dadaş Bakılı deportasiya edilib.
Formal olaraq deportasiya Cinayət Məcəlləsi əsasında keçirilir. "Qanuni oğrular”ı ən çox dələduzluq, narkotik maddələrin saxlanması və satışına görə saxlayırlar. Bildirilib ki, hazırda "qanuni oğru” adı alan 318 nəfər azadlıqdadır. Ekspertlərə görə, Rusiyanın "vor zakon”lardan qurtulmaq istəyinin xüsusi səbəbləri var.
Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Zaur İbrahimli deyib ki, cinayət aləmində nüfuzu olan şəxslərin və "qanuni oğru”ların kütləvi şəkildə Rusiyadan çıxarılması və yaxud həbsə göndərilməsi 2000-ci ilin əvvəllərində Vladimir Putin prezident seçildikdən sonra sistemli şəkildə həyata keçirilməyə başlanılıb:
"Xüsusi xidmət orqanlarının sərt təzyiqi ilə cinayət aləminin liderlərinin siyasətdən, biznesdən sıxışdırılması prosesi gedirdi. Onların fəaliyyət dairəsi məhdudlaşdırılır. Bu səbəbdən, bu cür total müharibəyə hazır olmayan cinayət aləmi liderləri Rusiyanı könüllü olaraq tərk etməyə başladılar. Müəyyən fasilədən sonra bu prosesə yenidən start verilib. Burada həm prezident seçkiləri, həm də futbol yarışları amili var. Görünür, Rusiya hüquq-mühafizə orqanları riskləri minimuma endirmək üçün bu cür addımı vacib sayıblar”.
Ekspert bildirib ki, son vaxtlar Rusiyada "qanuni oğrular”ın da cəlb edildiyi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əli olduğu korrupsiya qalmaqalları baş verir:
"Misal kimi Şakro Molodoy ləqəbli "qanuni oğru”nun işi ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının rüşvət alması faktı ilə əlaqədar həbsləri göstərmək olar. Bu iş üzrə yeni epizodlar açıldıqda "qanuni oğrular”ın hüquq-mühafiə sisteminə necə nüfuz etdiyi aydınlaşır. Onların hüquq-mühafizə orqanlarında ciddi dayaqlar əldə etdiyi ortaya çıxır. Putin komandası üçün isə bu, yolverilməzdir. Onun əsas uğurlarından biri kimi ölkəni kriminal elementlərin nəzarətindən qurtardığı vurğulanır. Bu baxımdan "qanuni oğru”ların deportasiyası asayişin qorunması tədbiri kimi xarakterizə oluna bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm