Qadını balta ilə hədələyərək quldurluq edən şəxs tutuldu
10:52 16.07.2021
Arxiv
445
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş verən quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə rayonun Göycəli kənd sakini olan yaşlı bir qadının evinə bir nəfər naməlum şəxsin qanunsuz olaraq daxil olduğunu, ev sahibini əlindəki balta və bıçaqla öldürəcəyini deyib, hədələyərək 10 manat nağd pul, bir ədəd qızıl üzük və bir ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şirzad Heydərov saxlanılıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib və bildirib ki, evə daxil olmazdan qabaq evi yandırmaq istəyib.
Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial