QAFSAM-ın həyata keçirdiyi layihəyə yekun vurulub
09:06 12.12.2016
Arxiv
574
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi (QAFSAM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanla bağlı elmi və publisistik məqalələrin hazırlanması və xarici ölkələrin KİV-lərində yerləşdirilməsi” adlı layihəyə yekun vurub.
Dekabrın 10-da layihənin yekunları ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib. Tədbirdə çıxış edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Araz Aslanlı layihənin məqsədi və həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.
A.Aslanlı bildirib ki, layihə çərçivəsində Azərbaycanlı alimlər və tədqiqatçılar Azərbaycan həqiqətləri ilə bağlı müxtəlif həcmli materiallar (məqalələr) hazırlamış, bu materialların xarici ölkələrin KİV-lərində yerləşdirilməsi və xarici ölkələrdə təqdim olunması təmin edilib.
Materiallar Azərbaycanın xarici siyasətini, Azərbaycanın enerji siyasətini, Qarabağ problemini, Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələri və s. mövzuları əhatə etmişdir. Layihə çərçivəsində hazırlanmış materiallar ABŞ, Fransa, Almaniya, Avstraliya, Türkiyə, Gürcüstan və Belçikada yayınlanıb.
Layihə çərçivəsində Azərbaycanlı ekspertlərin 2 xarici ölkədə təşkil edilən 4 tədbirdə iştirakı və məruzə ilə çıxışı da təmin edilib. Bu tədbirlər Makedoniyada və Türkiyədə reallaşdırılmışdır.
Araz Aslanlı layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edib.
Daha sonra çıxış edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədr müavini Nazim Cəfərov xarici ölkə KİV-lərində Azərbaycan ilə bağlı materialların dərc etdirilməsinin və beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin çatdırılmasının vacibliyi mövzusuna toxunub. Nazim Cəfərov da mövzuya həssas yanaşmasına və layihəyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edib.
Daha sonra tədbirdə iştirak edən qonaqlar mövzunun əhəmiyyətinə toxunmuş, bu sahədə görülən işlərin artırılmasının vacibliyini qeyd etmiş və layihə ilə bağlı fikirlərini bölüşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya