"Qalatasaray"ın baş məşqçisi Tudorun istefası rəsmiləşib - YENİLƏNİB





"Qalatasaray"ın baş məşqçisi İqor Tudorun istefaya göndərilməsi rəsmiləşib.
APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, klubun İdarə Heyəti İ. Tudorun baş məşqçi postundan uzaqlaşdırılması qərarını təsdiqləyib.
Qərar barədə xorvatiyalı baş məşqçinin meneceri məlumatlandırılıb.
İ. Tudora 400 min avro təzminat ödənəcək.

12:36

Türkiyənin "Qalatasaray" futbol klubu komandanın baş məşqçisi İqor Tudorla müqaviləni dayandırıb. Lent.az-ın məlumatına görə, bu barədə xəbəri "Bein Sport" yayıb.