Qanun var, forma yoxdur
09:23 18.11.2018
Arxiv
863
Bütün vəzifəli şəxslər gəlir deklorasiyasını təqdim etməlidir
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deputatların gəlir deklorasiyası ilə bağlı qanunun qəbul edilməsini təklif edib.
Deputat bildirib ki, beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilib: "Qanun layihəsini hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib. Gəlir deklorasiyasının tətbiqini bu dəfə olmasa da, gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur”.
Deputatın təklifini "Şərq”ə dəyərləndirən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev belə bir qanunun qəbul edilməsinin vacib olduğunu deyib:
"2005-ci ildə "Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi haqqında” qanun qəbul edilmişdi. Həmin qanuna görə, bütün vəzifəli şəxslər, o cümlədən parlament üzvləri, deputatlar hər il yanvar ayının 30-na qədər həm öz gəlirləri, həm də ailə üzvlərinin gəlirləri ilə bağlı məlumat verməli idilər. Cənab prezidentin həmin qanunun icrası ilə bağlı mühüm fərmanı var. Bu fərmanın mahiyyəti ondan ibarətdir ki, Nazirlər Kabineti gəlir deklorasiyasının formasını hazırlayıb təqdim etməlidi. Amma bu günə qədər Nazirlər Kabineti tərəfindən belə bir formanın təqdim edilməsi barədə məlumat yoxdur. Baxmayaraq ki, qanunun qəbulundan 13 il keçib.
"Konstitusiya” Araşdırmalar Fondu tərəfindən 2012-ci ildə Azərbaycanda vəzifəli şəxslər tərəfindən gəlir deklorasiyasının təqdim edilməsi formasını beynəlxalq standartlara uyğun olaraq Nazirlər Kabinetinə vermişik. O zaman Nazirlər Kabineti bizə cavab olaraq bu məsələnin üzərində işləyəcəklərini və təkliflərimizi nəzərə alacaqlarını bildirdi. Bu məsələ ilə bağlı qanun var, sadəcə, forma yoxdur. Əlbəttə ki, vəzifəli şəxslərin bütün dairəsi, icra hakimiyyəti, məhkəmə və qanunverici hakimiyyət bütövlükdə gəlir deklorasiyasını təqdim etməlidir. Sadəcə, qanunun icrası ilə bağlı bəyannamənin qəbul edilməsi vacibdir”.
Hüquqşünas bildirib ki, ölkə başçısının "2016-2018-ci il korrupsiyaya qarşı fəaliyyət planı”nda gəlir deklorasiyası ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub:
"Ümid edirəm ki, bu il fəaliyyət planının icrası başa çatacaq və bununla bağlı müvafiq qərarlar qəbul olunacaq. Cənab prezident hər zaman korrupsiyaya qarşı mübarizəni mühüm prioritetlərdən biri hesab edib. Bununla bağlı qanunverici əhəmiyyətli bir çox təşkilatlar yaradılıb. Bir çox sahələrdə korrupsiyaya qarşı islahatlar davam edir. Əlbəttə, bütün bunlar vəzifəli şəxslər tərəfindən gəlir deklorasiyasının təqdim edilməsini zəruri edir. Bu istiqamətdə işlər davam etdirilir və inanıram ki, məsələlər öz həllini tapacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət