Qara dənizdə Türkiyə gəmisi atəşə tutuldu - Yaralılar var




Qara dənizdə balıqçı gəmisi atəşə tutulub.

Sherg.az Trend-ə istinadən bildirir ki, gəmi Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub.
İnsident nəticəsində Türkiyəyə məxsus gəminin 3 ekipaj üzvünün yaralandığı bildirilir.

Gəminin 8 nəfərdən ibarət ekipaj üzvü Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən saxladıqdan sonra gəminin batırıldığı deyilir.

Türkiyə tərəfindən hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.