Qarabağ danışıqlarında ən aktiv dinamika müşahidə olunur

Azərbaycan prezidenti: "Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsində səylərini yüksək qiymətləndiririk"



Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Bakıya səfərə gəlib.
Səfər işgüzar xarakter daşıyır. Səfər müddətində o Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Görüşlər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Səfər bu gün başa çatacaq.

"Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndiririk. Bu istiqamətdə hazırda ən aktiv dinamika müşahidə olunur”.
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

Dövlət başçısı bildirib ki, bu səfər Rusiyanın münaqişənin tənzimlənməsində maraqlı olduğunu göstərir: "Biz də münaqişənin tezliklə həllində maraqlıyıq”.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra açıqlama verib: "Rusiya və Azərbaycan arasında münasibətlər sıx əməkdaşlıq şəraitində inkişaf edir. Bu ilin sonuna qədər hokumətlərarası komissiyanın iclası keçiriləcək”.
S. Lavrov bildirib ki, Rusiya Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proses gedir”. Sergey Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq görüşünün nəticələrini yüksək qiymətləndirir: "Mən Ermənistan və Azərbaycana Rusiya prezidentinin tapşırığı ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətində gələcək addımları müəyyənləşdirməyə imkan verəcək”.

Qeyd edək ki, S. Lavrov iyunun 4-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistanda səfərdə olub. Həmin səfər zamanı da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunulub.

İki gün öncə Azərbaycan prezidenti İlham Əliyev Varşavada keçirilən NATO sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər edəcəyini xatırladaraq bu səfərin Dağlıq Qarabağ