Qarabağ qazisindən gənc yazarlara sərt şillə: "Xalqın müqəddəs nəyi varsa, murdarlayıb... "
16:06 22.02.2018
Arxiv
1044
Rey Kərimoğlu: "Gənc yazarların belə davranışlarının söz və ifadə azadlığı, yazıçı azadlığı adı ilə Azərbaycan cəmiyyətində inkişaf etdirilməsi ən narahatedici məqamdır"
"Gənclərin çoxu savadsızdır, mütaliə ilə məşğul olmurlar və məlumatları azdır. 2-3 yazı yazıblar, şeir müəllifidirlər, elə bilirlər jurnalistdirlər, yazıçıdırlar”.
Bunu "Sherg.az”a son vaxtlar gənclərin sosial şəbəkələrdə ədəbi vətarixi şəxsiyyətlərimizə "ilişməsi”, şəhidlərimizə hörmətsizlik sərgiləməsindən danışarkən Qarabağ qazisi Rey Kərimoğlu deyib.
O vurğulayıb ki, həmin gənclərin əksəriyyətini təcrübəsi olan yazıçılar, publisistlər müəyyən mərhələyə gətirib çıxarıb:
"Gənc yazarlar görürlər ki, klassiklərimizi, tanınmış ədəbi şəxsiyyətləri tənqid edəndə daha çox gündəmə gəlirlər. Ona görə, bu yolu tuturlar.
Digər bir qisim isə ailə, cəmiyyət tərbiyəsi görməmiş, mədəniyyəti olmayan şəxslərdir. Bəziləri isə Əkrəm Əylisli kimi dövlətçiliyimizə zərər vuran, yalan, böhtanla məşğul olanların təsirinə düşür. Və təəssüf ki, Əkrəm Əylisli kimi şəxslərin zəhərlədiyi insanlar az deyil. Azərbaycanı sevməyən beynəlxalq qüvvələrin, arxasında ermənilər dayanan donor təşkilatların himayəsində olan şəxsləri də vurğulamalıyıq. Bütün bunlar üst-üstə toplanır, xoşagəlməz vəziyyət yaradır.
Ədəbi şəxsiyyətlərimizi tənqid edənləri, söyənləri dəstəkləməklə əslində onları məhv edirlər, uçuruma aparırlar. Həmin gəncləri bu həddə gətirib çatdıran, şəhidlərimizi, milli dəyərlərimizi təhqir etmələrinə yol verən elə bəzi "ziyalılardır”. Onların dövlətə, millətə müəyyən xidmətləri ola bilər, amma dərinliyə getdikdə o ziyalılar da həmin gənclər ağıldadırlar.
Davam etdirilən bu tendensiyanın məqsədi Azərbaycanın toplum olaraq, milli-mənəvi dəyərlərini gözdən salmaq, dəyərlənini əlindən almaqdır. Xalqın müqəddəs olan nəyi varsa, mundarlayıb, təhqir edirlər ki, Azərbaycan cəmiyyəti ayaqda dura bilməsin. Dəyərlərimizi gözdən salıb bizi istənilən xarici təcavüzün qarşısında müqavimətsiz qoymaq istəyirlər. Bu məkrli, arxasında böyük güclərin durduğu, mərkəzdən idarə olunan məsələdir. Bəzi gənc və gənc olmayan qanmazlar isə bunu anlamır”.
Qarabağ qazisinin sözlərinə görə, gənc yazarların belə davranışlarının söz və ifadə azadlığı, yazıçı azadlığı adı ilə Azərbaycan cəmiyyətində inkişaf etdirilməsi ən narahatedici məqamdır:
"Tək şəhidlərimizi təhqir etməklə, müasir şəxsiyyətlərin tənqidi ilə gündəmə gəlmirlər. Hətta, Məhəmməd Əmin Rəsulzadəni təhqir edənləri də görmüşük. Fikrimcə, Xəlil Rza Ulutürkü təhqir edən də gədadır, Rəsulzadəni təhqir edən də. Hər ikisi dövlətimiz, millətimiz üçün təhlükəlidir.
Rusiyanın məşhur ziyalısı Stanislav Qavruzindən soruşurlar ki, Rusiya cəməyyətinin inkişafı üçün əxlaq lazımdırmı? O cavab verib: "Əxlaq nəinki lazımdır, hətta vacibdir. Əxlaqı dəyərlər cəmiyyətin ayaq üstə durması üçün çox vacibdir. Cəmiyyətin ayaq üstə durması üçün əxlaq normaları, insanın ləyaqətli şəxsiyyətə malik olması, bütün müsbət keyfiyyətləri olmalıdır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm