Qardaşı arvadını evində boğaraq öldürdü - FOTOLAR

Qatil səhərə qədər cəsədin başında gözlədi
Antaliyanın Manavgat qəsəbəsində bir nəfər, xaricdə çalışan böyük qardaşı ilə boşanma ərəfəsində olan gəlinlərini boğaraq öldürüb.
Məlumata görə hadisə iki mərtəbəli evin 1-ci mərtəbəsində baş verib. İddiaya görə, dünən axşam Mehmet Ç. xaricdə işləyən və dünən boşanma iddiaları üzrə məhkəməsi gözlənilən böyük qardaşı Haydar Ç.ın arvadı, 3 uşaq anası Qırğızıstan vətəndaşı Katerina Ç.ın (34) evinə gedib. Görüşdən əvvəl 3 qardaşı uşaqlarını öz evinə aparan Mehmet Ç., təkrar gəlinlərinin evinə dönüb. Mehmet Ç. bir müddət burada mübahisə edib və daha sonra Katerinanı boğaraq öldürüb. Səhərə qədər cəsədin başında gözləyən Mehmet Ç. səhər saatlarında polisə gedərək hadisəni etiraf edib. (Milliyət)
Hadisə yerinə gələn polis, evdə Katerina Ç.ın cansız bədəniylə qarşılaşıb. Polisin hadisə ilə əlaqədar araşdırmaya başladığı bildirilir.